
Reklam
01 Noyabr 2025, 14:15
208
ŞAD XƏBƏR - Metrolarda NFC ilə ödəniş edə biləcəyik
Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.
Bu barədə Gazette.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında - "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da - sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.
Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər", - deyə qeyd olunub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





