Gündə bir ovuc qoz yeyin - Beyni gücləndirir

Rusiyalı həkim beynin aktivliyini artıran qidaları açıqlayıb.

Nevroloq Olqa Zinçeva yaddaş, diqqət və zehni fəaliyyət üçün faydalı qidalar barədə danışıb.

Həkimin sözlərinə görə, düzgün qidalanma təkcə ümumi sağlamlıq üçün deyil, həm də beynin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, məhsulları seçərkən orqanizmin fərdi xüsusiyyətlərini və mümkün dözümsüzlükləri də nəzərə almaq vacibdir.

Zinçeva xüsusilə beyin üçün faydalı bir neçə məhsulu vurğulayıb. Onun sözlərinə görə, qoz beyin hüceyrələrinin fəaliyyətini dəstəkləyən yağ turşuları və antioksidantlarla zəngindir, əhvalı və yaddaşı yaxşılaşdırmağa kömək edir.

Brokoli də beyin üçün dəyərli sayılır. Tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qoruyur. Həkim bu tərəvəzi yalnız bişmiş halda deyil, həm də zapekanka, omlet və ya krem-sup kimi müxtəlif formalarda yeməyi məsləhət görür.

Qırmızı balıq da beyin sağlamlığında mühüm rol oynayır. Onun tərkibindəki omeqa-3 yağ turşuları yaddaşı, diqqəti və zehni qabiliyyəti gücləndirir.

Zinçeva əlavə edib ki, tünd şokolad da faydalıdır, çünki tərkibindəki maqnezium və flavonoidlər qan dövranını yaxşılaşdırır, diqqəti və əhvalı artırır. Lakin o, yüksək kakao tərkibli, az şəkərli şokolad seçməyi tövsiyə edib.

Zinçeva xəbərdarlıq edib ki, bəzi məhsullardan sonra narahatlıq yaranarsa, onları rasiondan çıxarmaq və qida dözümlülüyünü yoxlamaq lazımdır.(milli.az)

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR