“Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının sayı 25 minə çatdı

Layihənin 25 mininci iştirakçısına aktivlər verilərək onun üçün dərzilik üzrə kiçik biznes quruldu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının sayı artıq 25 minə çatıb.

Layihənin 25 mininci iştirakçısı Bakı şəhər sakini Ceyran Gülverdiyevaya Layihə çərçivəsində aktivlər verilərək onun üçün dərzilik üzrə kiçik biznes qurulub. Həmçinin “Məşğulluğa Dəstək Layihəsi”nin 25 mininci iştirakçısı olması ilə əlaqədar ona Layihə tərəfindən sertifikat təqdim edilib.

Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rola malik olan, 2020-2025-ci illəri əhatə edən bu Layihə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, aztəminatlı ailələr və b.) aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmalarına dəstək məqsədi daşıyır.

22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq bundan daha çox olmaqla 25 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi nəzərdə tutulub.

Layihə iştirakçıları həmçinin Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı əsasında maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə təşkil olunan təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara da yiyələnirlər.

Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra iştirakçılara istehsal və xidmət sahələri üzrə öz işlərini qurmaları üçün avadanlıqlar təqdim edilir. Həmçinin Layihə üzrə qurduğu kiçik təsərrüfatlarını uğurla inkişaf etdirənlərə bizneslərinin genişləndirmək üçün əlavə dəstək göstərilir.

 “Məşğulluğa Dəstək Layihəsi”nin uğurlu icra prosesi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək ötən il  Dünya Bankının yüksək mükafatına layiq görülüb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR