Lerikdə ilk dəfə “Eko Festival” keçirilib

Dövlət Turizm Agentliyinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 29-da Lerikdə ilk dəfə “Lerik Eko Festivalı” keçirilib.  

Festivalın əsas məqsədi yerli turizm məhsullarını tanıtmaq,  kənd turizminə dəstək olmaq, bölgə adət-ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda ekoturizm və aqrobiomüxtəliflik ehtiyatlarının inkişafına və fermerlərin turizm sahəsində fəaliyyətlərinə töhfə verməkdir.

Festivalda cənub bölgəsinin turizm, o cümlədən eko və aqroturizm imkanları üzrə sərgi, yerli istehsalçı və fermerlərin məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin yarmarkası keçirilib. Həmçinin məhsulların dequstasiyası və ustad təqdimatları təşkil edilib.

Ziyarətçilər festivalda həm regionun ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq, həm də Lerikin turizm potensialını daha yaxından tanımaq imkanı əldə ediblər.

Tədbir musiqili hissə və folklor kollektivlərinin çıxışları ilə yekunlaşıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR