Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində tarix elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ilə görüş keçirilib. Görüşün moderatoru, BDU rektorunun elm və təhsil üzrə müşaviri, professor Aydın Kazımzadə  Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsi istiqamətində görüşün əhəmiyyətini vurğulayıb.

Gazette.az xəbər verir ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu Öndər Heydər Əliyevin böyük idarəçilik və zəngin həyat təcrübəsinin şahidi olub.

Sonra professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib və o, bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Dahi rəhbər Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib.

Dilarə Seyidzadə Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.

İnteraktiv şəkildə keçən görüşdə professor Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR