Heyvan bazarında monitorinqlər keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında həyata keçirilən monitorinqlər davam etdirilir. Monitorinqlərin əsas məqsədi heyvanlarda yoluxucu xəstəliklərin yayılması risklərinin qiymətləndirilməsi, həmçinin bazar ərazilərində sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsidir.

Agentliyin regional bölmələrinin, həmçinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Quşçu kəndində yerləşən heyvan bazarında növbəti monitorinq aparılıb. Monitorinqlər zamanı heyvanların sağlamlıq vəziyyəti, baytarlıq sənədlərinin mövcudluğu, eləcə də dezinfeksiya və digər profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, xəstə və ya xəstəlik əlamətləri müşahidə olunan heyvanların bazara gətirilməsinin qarşısı alınıb. Həmin heyvanlarla bağlı müvafiq tədbirlər görülüb. Aşkar edilən nöqsanlarla bağlı bazar sahiblərinə və satıcılara müvafiq tapşırıqlar verilib. Heyvan bazarlarındakı tələblərin yerinə yetirilməsinin vacibliyi bazar sahibinin diqqətinə çatdırılıb. 

Qeyd edək ki, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarında qeyd olunan yoluxucu xəstəliklərin region ölkələrində yayılması riskini nəzərə alaraq, epizootik sabitliyin qorunması və infeksiyaların ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə imzalanıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR