ADNSU-da “IDEALISE” inkubasiya proqramının ilk təlimi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE” İnkubasiya Proqramının ilk təlimi baş tutub. “Sahibkar düşüncə tərzi” mövzusuna həsr olunmuş sessiya Yüksək Texnologiyalar Parkının texnologiya transferi .öbəsinin baş mütəxəssisi, “Bucard” startapının təsisçisi və məhsul sahibi Ramin Əkbərov tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara “startap” anlayışı, startaplarla korporasiyalar arasındakı əsas fərqlər, ideya formalaşdırma mərhələləri, ideya mənbələrinin müəyyənləşdirilməsi (bazar boşluqları, trendlər, modifikasiya yanaşması) kimi mövzular ətraflı təqdim olunub. Eyni zamanda, iştirakçılar yaradıcı düşünmə alətlərindən biri olan “SCAMPER” metodunun tətbiqi ilə də tanış olublar. Sessiyanın sonunda iştirakçılar ilkin biznes ideyalarını formalaşdıraraq sahibkarlıq düşüncə tərzinin əsas prinsiplərini mənimsəyiblər.

Qeyd edək ki, “IDEALISE” inkubasiya proqramı çərçivəsində növbəti təlimlər gənc innovatorların sahibkarlıq bacarıqlarının inkişafına, komanda quruculuğuna və ideyaların prototip mərhələsinə qədər çatdırılmasına yönəldiləcək.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR