
Reklam
22 Oktyabr 2025, 11:45
166
AzTU-da qızların mühəndisliyə təşviqi ilə bağlı təlim keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə universitetin xanım tələbələri iştirak edib.
Təlimin məqsədi qızların mühəndislik sahəsinə marağının artırılmasıdır.
Təlimçi, AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin 2-ci kurs tələbəsi Anabacı Əmiraslanova tələbələri mühəndislikdə qadınların rolu, dünya və Azərbaycan mühəndis qadınlarının uğur hekayələri, STEM-də iştirak edən qadınların statistikası, xanımlar üçün startap imkanları, onların liderlik bacarıqlarının inkişafı və digər istiqamətlərdə vacib məlumatlar verib.
Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





