Bu gün Xudafərin körpüsünün azad edildiyi gündür

2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və işğalçılar torpaqlarımızdan qovuldular. Erməni tapdağından xilas edilən bütün şəhər, rayon, kənd, qəsəbə və yüksəkliklərin öz strateji əhəmiyyəti var.

Beş il əvvəl - 2020-ci il oktyabrın 18-də isə tarixi Cəbrayıl rayonunun Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşmən tapdağından təmizləndi. Araz çayının digər tərəfində olan həmvətənlərimiz də Ordumuzu coşqu və dua ilə qarşılayaraq sevincimizə şərik oldular.

Tarixi, nadir memarlıq abidəsi olan Xudafərin körpüsü 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli abidə sayılır. Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız heç zaman öz dəyərlərini unutmadı. Xudafərinin, hətta digər ərazilərimizin də gec-tez işğaldan azad olunacağına inandı. Çünki ata-babalarımızın əmanəti olan torpaqlar Vətən uğrunda canından keçmiş şəhidlərin qanı, canı bahasına işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi zamanı da Xudafərin körpüsünün azad olunmasında və bu istiqamətdə aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan şəhid və qazi hərbi qulluqçularımızın mühüm rolu olub.

Cəbrayıl rayonunda 2020-ci il oktyabrın 4-də, Xudafərin körpüsü üzərində isə oktyabrın 18-də Azərbaycan bayrağı ucaldılıb. Qarabağda parlaq qələbələr qazanan rəşadətli Ordumuz bu dəyərli abidəni əsl sahibinə qaytarıb. Bununla bağlı Prezident İlham Əliyev öz tviter hesabında paylaşım edərək “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan Bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - sözlərini yazmışdı.

İkinci Qarabağ müharibəsindən əvvəl Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri istiqamətində düşmənin üçüncü səddi yerləşirdi. Üçüncü sədd Araz boyunda - Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən başlayaraq rayonun yuxarı hissəsindəki adsız yüksəkliklərə doğru davam edirdi. Həmin sədd düşmənin arxada qalan digər ehtiyat hərbi hissələrinin, silah-sursatlarının, texnikalarının daha çox cəmləşdiyi eşelon idi. Burada erməni əsgərləri daha gücləndirilmiş formada xidmət aparırdı. Üçüncü sədd irəliləyən Azərbaycan bölmələrinin qarşısının alınması üçün yaradılmışdı. Müharibənin ilk günlərində düşmənin birinci və ikinci sədləri yarılmışdı. Amma üçüncü səddə düşmən daha çox müqavimət göstərdi. Buna baxmayaraq, Ordumuzun döyüş qabiliyyəti, hazırlığı, torpaqlarımızın azadlığı uğrunda əzmi və fədakarlığı sayəsində düşmənin üçüncü səddi də keçildi. Kiçik qruplarımız ərazilərin relyefindən istifadə edərək düşmənin üçüncü səddindəki əsgərləri səngərdə məhv ediblər.

Ordumuzun qarşısında qoyulan əsas tapşırıq düşmənin Qubadlı rayonundan gələn təminat yolunun bağlanması, Əmirvarlıda onun məhv edilməsi və sonra Soltanlı kəndi istiqamətində hərəkət edərək Xudafərin körpüsünə doğru irəliləmək və tarixi abidəmizi azad etmək olub. Həmin istiqamətlər bağlandıqdan sonra isə düşmən Əmirvarlıda ciddi müqavimət göstərə bilməyib. Düşmənin üçüncü səddə qalan heyəti tam şəkildə məhv edildikdən sonra Soltanlı kəndi və Xudafərin körpüsü azad olunub. Daha sonra isə Zəngilanın rayon mərkəzi və bir neçə kənd tam şəkildə düşmən tapdağından təmizlənib.

Xudafərin körpüsünə doğru irəlilədikcə, həmçinin müəyyən strateji nöqtələr də düşməndən azad olunub. Aparılan sızma əməliyyatı zamanı strateji yüksəkliklərdə düşmənlə toqquşmalar yaşanıb. Lakin düşmən hərbçiləri qruplarımız tərəfindən məhv edilib. Sonra bölmələrimiz Xudafərin körpüsünə doğru irəliləyib və müəyyən istiqamətlərdə mövqelər qurub. Ərazidə tam müşahidə apardıqdan və təhlükəsizliyi təmin etdikdən sonra qruplarımız daha dərinə sızmağa başlayıb. Düzgün taktika nəticəsində əməliyyat uğurla yekunlaşıb. 27 ildir işğal altında qalan Xudafərin körpüsü bir gün ərzində azad edilib, Azərbaycan Bayrağı oraya sancılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının Xudafərini işğaldan azad etməsi Araz boyunca yerləşən ərazilərimizin Ordumuzun uğurlu əməliyyatları nəticəsində daha qısa müddətdə düşməndən təmizləməsi üçün münbit şərait yaratdı. Nəticədə Azərbaycan-İran sərhədinin işğal altında qalan 132 kilometrlik sərhəd zolağı tamamilə bölmələrimizin nəzarətinə keçdi. Çox qısa müddətdə həmin ərazilərdə qurumun sərhəd diviziyası yerləşdirildi. Bu sərhəd diviziyası, eyni zamanda, həm Şərqi Zəngəzurda, həm də Qarabağın İranla sərhəd zolağının müdafiə və mühafizəsini yüksək səviyyədə təmin etdi. Digər tərəfdən isə Xudafərinin azad edilməsi İranla Qarabağ arasındakı qanunsuz fəaliyyət göstərən sərhəd keçid yolunun bağlanmasına gətirib çıxardı. Bu yol üzərində nə İran, nədəki Qarabağdakı separatçılar tərəfindən heç bir qanuni nəzarət mexanizmi yerləşdirilməmişdi. Hər iki tərəfdən olan avtomobillər və insanlar Azərbaycan ərazilərindən daşımaları nəzarətsiz şəkildə və rahatlıqla həyata keçirirdilər. Bu daşımalar arasında Azərbaycana aid olan evlərin söküntüləri var idi. Eyni zamanda, uzun müddət haqqında bəhs olunan narkotrafik marşrutu da məhz Xudafərinə yaxın yerləşən və qanunsuz tikilən körpü vasitəsilə reallaşdırılırdı. Bu körpü də sonradan DSX tərəfindən tamamilə ləğv edildi və sərhəd təhlükəsizliyimiz Vətən müharibəsindən az sonra tamamilə bərpa olundu. Xudafərinin azad edilməsi Azərbaycan Ordusunu gücləndirdi, onun mənəvi-psixoloji ruh yüksəkliyini daha da artırdı. Bu ərazilər azadlığa qovuşduqdan sonra həm DSX-nin, həm də Silahlı Qüvvələrimizin digər qoşun növlərinin savaşdakı hücum templəri kifayət qədər artdı.

Qeyd edək ki, döyüşlərdən sonra Prezident İlham Əliyev tərəfindən Xudafərin körpüsünün azadlığında iştirak etmiş bir sıra hərbi qulluqçumuz “Bayraq” ordeni, eləcə də “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR