Bu il vergi orqanlarına olan müraciətlərin sayı açıqlanıb

Cari ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına ümumilikdə 331 min 260 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən Gazette.az-a bildirilib ki, daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi hazırda icradadır.

Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1 faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5680-i həll edilib. Bunlar əsasən kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergiödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergiödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.

Bu ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR