
Mübariz Təhsil Kompleksinin 15 illik yubileyi qeyd olunub
Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində liseyin 15 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müşaviri Bəhruz Balayev, Azərbaycan Dillər Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Həmidə Əliyeva, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və kompleksin veteran müəllimi Akif Zeynalov eləcə də kompleksin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra kompleksin İcraçı direktoru Aqşin Bağırov çıxış edərək Mübariz Təhsil Kompleksinin 15 illik fəaliyyət yoluna nəzər salıb. O, bu illər ərzində əldə olunan uğurlardan, həyata keçirilən yeniliklərdən və gələcək inkişaf istiqamətlərindən söz açıb.
Tədbir çərçivəsində kompleksin şagirdləri bədii-qiraət, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Gənc istedadların ifasında təqdim olunan səhnəciklər və kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Mübariz Təhsil Kompleksi fəaliyyətə başladığı ilk gündən şagirdlərdə yüksək vətənpərvərlik ruhunun, yaradıcı və müasir düşüncə tərzinin formalaşdırılmasını qarşısına məqsəd qoyub. 15 il ərzində kompleks çoxsaylı uğurlara imza ataraq Azərbaycanın təhsil məkanında özünəməxsus yerini möhkəmləndirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





