DMA və ANAMA növbəti peşə hazırlığı kursu təşkil edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq çərçivəsində növbəti peşə hazırlığı kursu təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarında iştirakı nəzərdə tutulan yeni müdavimlər üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri keçirilib.

Nəzəri və praktiki təlimlərin əsas məqsədi təlimlərə cəlb edilmiş müdavimlərə humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqların öyrədilməsidir.

Həmin təlimlərlə birgə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində müdavimlərə “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” mövzusu üzrə hazırlıq kursları da təşkil edilib. Kursa 48 müdavim cəlb edilib.

Onlarla texniki standartlar və təhlükəsizlik, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, texniki təhlükəsizlik qaydaları kimi biliklər paylaşılıb.

Bununla da ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurslara cəlb edilən müdavimlərin sayı 243-ə çatıb.

Qeyd edək ki, həmin şəxslər artıq işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR