Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir

Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Baklda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılıb.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova sağlamlıq turizmi sahəsində Agentlik tərəfindən görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edib.
Azadə Hüseynova sağlamlıq turizminin təməl iki istiqaməti olan tibb və rifah turizminin inkişafında dövlət dəstəyinin, ölkə rəhbərliyinin diqqətini vurğulayaraq, sahənin genişlənməsi üçün maraqlı tərəflərin iştirakçılığının təşviq edilməsinin vacibliyini qeyd edib.  

O, qarşıdakı illər ərzində sağlamlıq turizmi üzrə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi, sahə üzrə tənzimləmə potensialının artırılması, ölkənin tibbi turizm potensialının təbliğ edilməsi və əlçatanlığın artırılması üzrə prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib. 

2 gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi təşkil edilib. 

Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və spa mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunub. 

Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Konfransda “Qlobal rifah tendensiyalarının inteqrasiyası: Azərbaycanda rəqabətcil rifah turizmi modelinin qurulması” və “Azərbaycanda tibbi turizmin inkişaf yolu: Beynəlxalq standartlar, sertifikatlaşdırma və strateji tərəfdaşlıqlar” adlı iki panel sessiya keçirilib.

Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması,  spa və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri,  tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılıb. 

Qeyd edək ki, bundan öncə 2024-cü ilin 28-29 oktyabr tarixlərində Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil edilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR