Sənayedə qeyri-dövlət sektorunun payı 80 faiz olub

Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən Gazette.az-a bildirilib ki, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 32,7 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Bu ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 8,4 faiz, istehsal vasitələrinin istehsalı 0,9 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı 0,8 faiz, enerji məhsullarının istehsalı 1,4 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 5 faiz azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2025-ci il vəziyyətinə 849,4 milyon manatlıq hazır məhsul olub.

Ehtiyatların 54,6 faizi Bakı, 12,6 faizi Sumqayıt, 4,7 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 141,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR