
Azərbaycan Qərblə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır - ŞƏRH
Son beş ildə Azərbaycanın əldə etdiyi tarixi uğur və nailiyyətlər ölkəmizin təkcə regionda deyil, təmsil olunduğu bütün platformalarda güclü dövlət kimi qəbul edilməsini şərtləndirib.
Möhtərəm prezident cənab İlham Əliyevin bir neçə gün öncə, Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin hazırda yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Bu gün ölkələrimizin yerləşdiyi coğrafi mövqe nəqliyyat, infrastruktur baxımından müxtəlif beynəlxalq layihələrin reallaşması üçün geniş imkanlar yaradır.
Azərbaycan bu gün Qərblə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu da ölkələrimizin iqtisadi potensialının artmasına böyük zəmin yaratmaqdadır. Son beş ildə Azərbaycanın əldə etdiyi tarixi uğur və nailiyyətlər ölkəmizin təkcə regionda deyil, təmsil olunduğu bütün platformalarda güclü dövlət kimi qəbul edilməsini şərtləndirib. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi də bu mənada təsadüfi deyildir. Məhz bu səviyyədə bir tədbirin işğaldan azad edilmiş tarixi, dilbər guşələrimizdən birində keçirilməsinə yekdilliklə razılıq verilməsi, həm də MDB səviyyəsində Azərbaycanın haqq işinə verilən qiymətin bir daha aydın təzahürüdür.
Cənab İlham Əliyev görüşdəki çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini bir daha xatırladaraq, göstərilən etimada görə öz təşəkkürünü bildirmişdir. Qürurvericidir ki, bu gün Laçın da daxil bütün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir. Bir zamanlar öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımız artıq öz doğma yurdlarına köçməyə başlayıblar.
Bu proses qarşıdakı illərdə də böyük sürət və çoşqu ilə həyata keçiriləcəkdir. Bu mənada Laçına, eləcə də digər şəhər və kəndlərimizə gələn qonaqlar bütün reallıqları öz gözləri ilə görür və görəcəklər.
Vidadi İsmayılov;
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





