Vergi sistemi ilə bağlı qiymətləndirmə aparılır

Azərbaycan Respublikasının 2013-cü ildən üzv olduğu OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu tərəfindən mütəmadi olaraq üzv ölkələrdə vergi məlumatlarının digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsi həyata keçirilir. Bu proses çərçivəsində mövcud normativ - hüquqi bazanın beynəlxalq standartlara uyğunluğu və təcrübədə tətbiqi səviyyəsi qiymətləndirilir, ölkənin məlumat mübadiləsi sisteminin beynəlxalq tələblərə uyğunluq səviyyəsi müvafiq reytinq balı ilə qiymətləndirilir.

Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi üzrə qiymətləndirmə çərçivəsində Qlobal Forumun ekspertləri Bakıya səfər ediblər. Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində keçirilən görüşlərə digər dövlət qurumları və maliyyə institutlarının nümayəndələri də qatılıblar.

Görüşlər zamanı Azərbaycanda maliyyə sektorunda mövcud vəziyyət, məlumat mübadiləsinin effektiv təşkili üçün tətbiq edilən həllər və prosesin təkmilləşdirilməsi üçün resurslar barədə məlumatlar diqqətə çatdırılıb. Beynəlxalq ekspertlərə ölkəmizin vergi və maliyyə sektorunu əhatə edən qanunvericilik, risklərin təhlili, əməletmə strategiyası, effektivliyə nail olmaq üçün beynəlxalq əməkdaşlıq, hesabatlılıq tələblərinə uyğunlaşma, kommunikasiyanın təşkili kimi sahələrdə tətbiq edilən mexanizmlər barədə məlumat verilib. Özəl sektorda maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulması, hesabların açılması zamanı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi və prosesin müvafiq standartlara tam uyğun aparılması barədə rəylər müzakirə edilib.

Ümumi Hesabatlılıq Standartı vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən qeyri-rezident şəxslərin maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanılması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb və Azərbaycanda tətbiqinə 1 iyul 2017-ci il tarixindən başlanılıb.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR