YAP və Venesuela Vahid Sosialist Partiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında görüş keçirilib.

Partiyadan Gazette.az-a bildirilib ki, görüşdə dövlət başçılarının iki ölkə arasında əlaqələrin inkişafına mühüm önəm verdikləri, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, təhsil, gənclər və idman, turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan ilə Venesuelanın qlobal müstəvidə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində işbirliyini diqqət mərkəzində saxlayaraq bir-birinin mənafelərini müdafiə etdikləri, eləcə də ərazi bütövlüyü və suverenliyini dəstəklədikləri vurğulanıb. Ədalətli geosiyasi nizamın tərəfdarı olan hər iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla dünya miqyasında neokolonializmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə apardıqları bildirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Venesuela Vahid Sosialist Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. Ölkələrimizin səmimi dostluq münasibətlərinin hakim partiyalar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdığı qeyd olunub, gənclər arasında təmasların sıxlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR