Firudin Qurbanov Qubada təhsil müəssisələrində olub

Oktyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.

Səfərin əvvəlində nazir müavini Firudin Qurbanov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

Daha sonra Firudin Qurbanov Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub, pedaqoji kollektiv və şagirdlərlə görüşüb. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.

Səfər proqramı çərçivəsində Firudin Qurbanov Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub. Nazir müavini mərkəzin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb.

Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.

Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR