Sağlamlıq imkanları məhdud uşaqlar üçün seminar və təlimlərə başlanılıb

Sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli təhsil imkanlarının yaradılması və bu sahədə çalışan müəllimlərin səriştələrinin artırılması məqsədilə oktyabrın 6-dan 10-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində maarifləndirici seminarlara, oktyabrın 6-9-da isə Bakı Slavyan Universitetində təlimlərə başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Gazette.az-a bildirilib ki, tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların yaşayış yerlərinə yaxın ərazidə təhsil alması üçün görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu təşəbbüs həmin kateqoriyadan olan uşaqların tipik inkişaf edən həmyaşıdları ilə eyni sinif və ya məktəbdə təhsil almasına şərait yaradır.

Qeyd edək ki, hazırda Bakı şəhərində 10 məktəbəqədər təhsil müəssisəsində xüsusi qruplar fəaliyyət göstərir. Bundan əlavə, 41 ümumi təhsil məktəbində inklüziv, 60 məktəbdə isə inteqrasiyalı təhsil həyata keçirilir.

İlkin mərhələdə proqramda paytaxtın 15 inteqrasiya təlimli məktəbinin xüsusi siniflərində çalışan 30 pedaqoq iştirak edir.

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR