Ahıllar və uşaq evi sakinlərinin Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ahıllar və uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib. 

Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin cəlb olunduğu ekskursiyanın məqsədi iştirakçılar arasında empatiya quraraq dəstək mühiti yaratmaq, nəsillər arası əlaqəni möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir. 

Ahıl şəxslərin və uşaqların psixososial inkişafını dəstəkləyən gəzinti zamanı 30 nəfərdən ibarət qrup Zooloji Parkda məskunlaşan fərqli cins, rəng, xüsusiyyət və şəkillərə malik olan heyvanları izləmək, onlar haqqında dolğun məlumat almaq imkanı qazanıblar. 

Agentliyin mütəxəssislərinin müşayiəti ilə təşkil edilən səfər həmçinin uşaqlarda münasibət qurmaq, analiz etmə, problem həll etmə kimi psixoloji və emosional bacarıqların inkişafına hesablanıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR