Azərbaycanda “Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

Cari il oktyabrın 11-də ölkəmizdə ilk dəfə beynəlxalq “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) konfransı keçiriləcək.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Gazette.az-a bildirilib ki, tədbir “Critical Infrastructure Defense Challenge” (CIDC2025) kiberfestivalı çərçivəsində yan tədbir kimi təşkil olunur və kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılmasına, gənc mütəxəssislərin dəstəklənməsinə həsr olunub.

Konfransın məqsədi kibertəhlükəsizlik üzrə sürətlə dəyişən qlobal mühitdə qadınların liderlik mövqelərində iştirakını gücləndirmək, müxtəlif ölkələrdən olan qadın ekspert və tələbələri bir araya gətirməklə bilik və təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Tədbirdə Tural Məmmədov, Klaid Mägi, Elsa Neeme, Jana Krimpe, Nataliya Tkaçuk, Dr. Fariz İsmayılzadə, Rauf Cabarov, Nino Vadakaria, Natalia Spinu, Nata Goderdzishvili, Olga Pasichnyk, Zari Uslu və digər nüfuzlu ekspertlərin çıxışları gözlənilir.

Proqram çərçivəsində böhran kommunikasiyası, kiberdavamlılıq, qadınların kibertəhlükəsizliyin gələcəyinin formalaşdırılmasında rolu mövzularında panel müzakirələri keçiriləcək, həmçinin Azərbaycan, Gürcüstan, Estoniya və Birləşmiş Ərəb Əmirliklərindən qadınların uğur hekayələri təqdim olunacaq.

Konfrans ADA Universitetində baş tutacaq.

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR