Uğurlu nəticələr əldə edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti uğurlu nəticələr əldə edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, İngiltərənin nüfuzlu “LGC” şirkəti tərəfindən təşkil edilən sınaqlarda laboratoriya quru süd nümunəsində Salmonella bakteriyasının təyini üzrə yüksək göstəricilərə nail olub.

Fəaliyyətində qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsinə, bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanmasına, molekulyar-bioloji və virusoloji müayinələrin aparılmasına, eləcə də heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikasına xüsusi önəm verən laboratoriya müasir cihaz və avadanlıqlarla təchiz olunub. Burada çalışan mütəxəssislər peşəkar bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edirlər.

Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq və laboratoriyalararası qarşılaşdırma sınaqlarda da daim yüksək nəticələr göstərir. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartı üzrə akkreditasiya olunaraq öz fəaliyyətini beynəlxalq tələblərə uyğun şəkildə davam etdirir.

SON XƏBƏRLƏR

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

BÜTÜN XƏBƏRLƏR