
Bu gün təhlükəsizlik, ilk növbədə, məlumatların qorunmasıdır
Bu gün təhlükəsizlik yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunmasıdır. Cəmiyyətin dezinformasiyadan nə qədər qorunduğunu anlamalıyıq.
Gazette.az xəbər verir ki, bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzulu panel sessiyada Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov deyib.
"İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir", - deyə Baş direktor əlavə edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





