Prokurorluğun 107-ci ildönümünə həsr olunmuş interaktiv istintaq kvesti keçirilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə interaktiv istintaq kvesti təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd prokurorluq orqanlarının istintaq fəaliyyətinin xüsusiyyətlərini tələbə gənclərə interaktiv və maarifləndirici formatda təqdim etmək, onların nəzəri biliklərini praktiki situasiyalarda tətbiq etməsinə imkan yaratmaq və istintaq prosesi ilə yaxından tanış olmalarını təmin etmək olub.

Kvestdə tərəfdaş ali təhsil müəssisələrini təmsil edən tələbə və kursantlardan ibarət 6 komanda – Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.

Komandalar xüsusi proqramlaşdırılmış virtual platforma üzərindən cinayət işinin müxtəlif mərhələlərinə aid istintaq hərəkətlərini – hadisə yerinə baxış, şahidlərin dindirilməsi, ekspertizaların təyin edilməsi və sorğuların göndərilməsi üzrə tapşırıqları icra ediblər.

Maraqlı və gərgin intellektual mübarizə şəraitində keçən tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb. Prokurorluq orqanlarının maarifləndirici fəaliyyətinin və tələbələrin hüquqi biliklərinin təkmilləşdirilməsinə yönəlmiş innovativ təşəbbüslərin bariz nümunəsi olan kvestin nəticələrinə əsasən, Milli Aviasiya Akademiyasının komandası birinci yerə layiq görülüb. İkinci yeri Bakı Dövlət Universitetinin, üçüncü yeri isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandaları qazanıblar.

Sonda komandaların üzvlərinə sertifikatlar təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR