“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib. “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası məqsədilə hazırlanmış bu süni intellekt məhsulu Strategiyanın 8.2.2-ci yarımbəndində qeyd olunan təbii dil emalı istiqamətlərinin gücləndirilməsi tədbirlərindən biridir.
 
Təqdimat mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, aidiyyəti qurumların nümayəndələri, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər. 
 
“E-qanun.ai” Ədliyyə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müəyyənləşdirdiyi texniki şərtlər əsasında AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanıb. Sistem hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platformasıdır. 
 
İstifadəçilər üçün sürətli təhlil və dəqiq nəticə təqdim edən platforma hüquqi sahədə yaranan suallara operativ və etibarlı şəkildə cavab əldə edilməsini hədəfləyir.
Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.
 
Burada istifadəçilər hüquqi məlumatı mətnə, mənaya görə və ya hibrid formada axtara, onun süni intellekt əsaslı təhlilini görüntüləyə və əvvəlki axtarışlarının tarixçəsinə öz şəxsi hesablarında baxa bilərlər.
 
Platformanın bazasında normativ hüquqi aktlar, normativ xarakterli aktlar, qeyri-normativ hüquqi aktlar və rəsmi mətnlər mövcuddur. 
 
Platformanın əsas üstünlüyü süni intellekt texnologiyası ilə axtarış nəticəsinin təhlili, anlaşılan, qısa xülasənin istifadəçiyə təqdim olunması, nəticələrin filtrlənməsi, qovluqlarda saxlanılmasıdır.
 
Platforma həm də hüquqşünaslar və əlaqəli sahədə çalışan hər kəs üçün iş prosesini sadələşdirməyi hədəfləyir.
 
Növbəti mərhələdə platforma istifadəçilərinin, eləcə də hüquqşünasların ehtiyaclarına uyğun və onların işini daha da asanlaşdıracaq təkmil funksiyaların təqdim olunması nəzərdə tutulub.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR