Qurban Qurbanov: Futbola investisiya qoyulmağını çox istərdik

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik.

Bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, hər bir idmançı çempion olmağı arzulayır, bu adı almaq üçün futbolçu daha çox çalışır.

“2009-cu ildə "Qarabağ"ın ilk Avroliqada oynadığı oyun Norveç klubuna qarşı idi. Həmin gün oyun Ağdamın işğal gününə təsadüf edirdi. Mənim Qarabağda ilk həyəcanlı oyunum idi. Həmin gün stadionda 32 min azarkeş var idi. Hər kəs qalib gəlməyimizi çox istəyirdi. Yanılmıram, onların duası idi ki, biz 1:0 qalib gəldik. O oyunun sevinci məndə daha çox idi, nəinki "Benfika" ilə oyunda. Həmin ili ən uğurlu ilim adlandırardım. Baxmayaraq ki, daha uğurlu oyunlarımız olan illər olub. Hər bir uğurun açarı stabillikdir. Mənim futbolçulardan və özümdən hər zaman bir tələbim olub. Bizdən əlavə uğur istəyirlər”, - deyə tanınmış baş məşqçi bildirib.

SON XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

“Atlant”ın rəhbəri vəfat etdi

Prezident Vyetnamın Baş naziri ilə görüşdü

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi

QHT-lər üçün qrant müsabiqələri elan edildi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Sabah pensiyalar tam ödəniləcək

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb

“Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq

Məleykə Abbaszadə BDU-nun rektoru oldu

Elçin Babayev vəzifəsindən azad olundu

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

BÜTÜN XƏBƏRLƏR