Azərbaycan komandası daha bir uğura imza atdı

2 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- “TechnoXian World Cup 9.0” da iştirak edib. 

Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi  mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.


 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR