UNEC təhsilində yeni innovasiyalar tətbiq olunacaq

28 avqust - 9 sentyabr tarixləri arasında UNEC müəllimləri Böyük Britaniyanın De Monfort Universitetində və Türkiyənin Orta Doğu Texniki Universitetində ixtisasartırma təlimlərində iştirak ediblər.

Səfərin ümumi nəticələrini müzakirə məqsədilə UNEC rektoru, professor Ədalət Muradov və rektorun təhsil innovasiyaları üzrə İsrailli müşaviri Danny Freifieldlə birlikdə təlim iştirakçıları ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan professor Ədalət Muradov çıxışında ali təhsil müəssisələrinin sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşması üçün yeni tədris metodlarının tətbiqinin vacib olduğunu vurğulayıb.  Həmçinin qeyd edib ki, UNEC LMS sisteminin təkmilləşdirilməsi, PBL və çevrilmiş təhsil modellərinin tətbiqi tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayacaq və onların aktiv öyrənmə prosesinə cəlb edilməsini təmin edəcək.

Sonra rektor iştirakçıların səfər çərçivəsində PBL və Çevrilmiş Tədris metodlarının tətbiqi, interaktiv dərs texnologiyaları, rəqəmsal tədris mühiti və qiymətləndirmə mexanizmləri ilə bağlı əldə etdikləri təcrübələrini dinləyib.

PBL və Flipped Learning (Çevrilmiş Tədris) metodlarının tətbiqi prosesində metodoloji məsələlər üzrə koordinatoru Sənubər Səfiyeva, təlimin nəticələri barədə təqdimatla çıxış edib. Təqdimatdan sonra UNEC LMS sisteminin təkmilləşdirilməsi, Süni intellektin tətbiqi, tətbiq ediləcək yeniliklərin mahiyyətini və gözləntiləri tələbə və müəllimlərə çatdırılması, sənaye ilə əməkdaşlığın və sosial işin təhsil prosesinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, eləcə də tələbələrin biliyinin qiymətləndirilməsinin yeni formaları və digər vacib məsələləri barədə danışıb.

Təlim iştirakçıları da çıxış edərək əldə etdikləri yeni bilik və bacarıqlardan danışıb, bu biliklərin UNEC-də tətbiqinin universitetin tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər. Müzakirələr zamanı PBL və Çevrilmiş Tədris metodlarının universitetdə tətbiqinin tələbələrin biliklərinin daha dərindən mənimsənilməsinə, praktik bacarıqların inkişafına və müəllim-tələbə əməkdaşlığının güclənməsinə şərait yaradacağını vurğulayıblar.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR