SİF: "Hotellər qaz xəttinin çəkilməsi ilə bağlı xərcləri layihəyə əlavə edilə bilər"

Turizm sahəsində biznes quran sahibkarlar qaz infrastrukturunun qurulması üçün əlavə xərclərlə üzləşirlər.

Gazette.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) bu gün turizm sektorundan olan sahibkarlarla görüşündə sektor nümayəndələri səsləndiriblər.

Turizmçilər hesab edir ki, hotellərin yaxud digər qonaqlama yerlərinin tikintisi zamanı qaz təsərrüfatının qurulması böyük xərclər bahasına baş verir. Onlar SİF-dən bu məsələdə dəstək vermələrini istəyiblər.

SİF-in müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov isə bu məsələdə təmsil etdiyi qurumun mövqeyini açıqlayıb:

“Fondun fəaliyyət istiqamətləri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunur. Nizamnamədə də göstərilib ki, Fond maliyyə dəstəyi göstərir. Əgər sizin layihənin tərkibində qaz xəttinin çəkilməsi ilə bağlı hansısa avadanlığın alınması yaxud işlərin görülməsi ilə məsələlər varsa onu layihəyə əlavə edə bilərsiniz. Amma oradakı texniki məsələlər, “Azəriqaz”ın və digər qurumlarla bağlı məsələlər SİF-in səlahiyyətlərinə aid deyil”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR