
Reklam
29 İyun 2022, 12:13
968
Rusiyanın daha bir yüksəkrütbəli zabiti zərərsizləşdirilib
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib.
Gazette.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Rusiya bürosunun layihəsi olan “Şimal. Reallıqlar” tviterdə məlumat yayıb.
Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan olunub.
Zabitin ölüm tarixi və yeri məlum deyil.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





