Beyləqanda uzunluğu 36 kilometr olan yol asfaltlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə başlayıb.

Gazette.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik sözügedən avtomobil yolu AAYDA tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Layihəyə uyğun olaraq uzunluğu 8 kilometr olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.

Artıq bu hissədə texnoloji ardıcıllığa uyğun olaraq, suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq asfalt örtüyünün alt qatının salınması işləri yekunlaşıb.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR