Bakıda güzəştli mənzil adı ilə 46 vətəndaşın 700 min manat pulunu mənimsəyən qadın görün kim imiş

46 vətəndaşın 700 min manatdan çox pulunu mənimsəyən Günay Məmmədovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Gazette.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Hazırlıq prosesində G.Məmmədovanın anket məlumatları dəqiqləşdirilib və iş baxışa təyin olunub.

Qeyd edək ki, Günay Məmmədova çoxsaylı vətəndaş müraciətləri əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Araşdırmalarla onun vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün vəd verdiyi və bu vədin qarşılığında külli miqdarda pul aldığı üzə çıxıb.

Belə ki, o, vətəndaşlara guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin alınmasına kömək göstəriləcəyini deyib. Bu yolla ümumilikdə 46 nəfərdən 703 700 manat alaraq mənimsəyib.

G.Məmmədova vurduğu ziyanın 134 600 manatını istintaq dövründə ödəyib.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR