SON DƏQİQƏ: Azərbaycanda toylarla bağlı məhdudiyyət ləğv edildi
20.06.2022 / 21:23
2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.
Bu Nazirlər Kabinetinin yeni qərarında öz əksini tapıb.
Belə ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi, həmçinin şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi aradan qaldırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay