ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 %-dən çox azaldılır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 11 milyard 517,5 milyon manat transfert nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq edilmiş transfert göstəricisi ilə müqayisədə 1 milyard 192,5 milyon manat və ya 9,4 % azdır.

Gazette.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.

Məlumata görə, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertin azalan hissəsinin digər mənbələr üzrə proqnozlaşdırılan əlavə neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur.

Bu ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2 milyard 040 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır. Qeyri-neft gəlirlərinin isə 1 milyard 534,3 milyon manat artıq olacağı və ümumilikdə dövlət büdcəsinə 3 milyard 574,3 milyon manat əlavə vəsaitin daxil olacağı gözlənilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR