Azərbaycanda elektrik enerjisi istehsalı mayda 1,2 % artıb

Bu ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 004 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 milyon kVt/saat, yaxud 1,2 % artması deməkdir.

Gazette.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, may ayında elektrik enerjisinin idxalı 19,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon kVt/saat azalıb, ixrac isə 19,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4 milyon kVt/saat artıb.

Ümumilikdə bu ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 milyon kVt/saat, yəni 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat olub.

Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 198,2 milyon kVt/saat artaraq 10 milyard 313,3 milyon kVt/saat, SES-lərdə 109,6 milyon kVt/saat artaraq 768,7 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 milyon kVt/saat artaraq 162,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 41,1 milyon kVt/saat, günəş elektrik stansiyalarında 24,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 milyard 116,6 milyon kVt/saat (İES-lərdə 9 milyard 400,4 milyon kVt/saat, SES-lərdə 716,2 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 milyon kVt/saat (İES-lərdə 94,2 milyon kVt/saat, SES-lərdə 46,1 milyon kVt/saat, GES-də 22,5 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 milyon kVt/saat təşkil edib.

Bu ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 milyon kVt/saat, idxalı isə 60,5 milyon kVt/saat olub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR