BAKU Azərbaycan
16.03 °C

Baş katib: "Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək"

“İyunun sonunda Madriddə keçiriləcək zirvə toplantısı NATO-nu dəyişəcək”.

Gazette.az “RAİNews”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO müdafiə nazirləri konfransının ikinci gününün açılışında bildirib.

“NATO-dakı müttəfiqlərimiz Ukraynanın Rusiyaya qarşı mübarizəsində uzun yolu qət etməyə hazırdır. Madriddə NATO-nu transformasiya edəcək sammitimiz olacaq. Bu toplantıda biz müdafiə və çəkindirmə, modernləşdirmə ilə bağlı mühüm qərarlar qəbul edəcək, “Strateji Kompas”ı təsdiqləyəcəyik. Asiyalı tərəfdaşlarımız, habelə Finlandiya və İsveçlə də təmaslarımız olacaq”, - Baş katib qeyd edib.

Onun sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırlmasına dair qərar qəbul olunacaq.

 

 

report