Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib
Siyasət
15.06.2022 / 16:26
“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun- Milli Qurtuluş Gününü təbrik edirəm”.
Gazette.az xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarın 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.
Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir: “Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik.
Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay