BAKU Azərbaycan
13.03 °C

Psixoloq yardımı almış şəhid və qazi ailələrinin sayı açıqlanıb

Vətən müharibəsindən sonra ötən ilin fevral ayının 28-nə kimi psixoloq və psixiatrlar 2 951 şəhid və qazi ailəsinə baş çəkib.

Gazette.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxslərin ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib:

"Onlardan 2 455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbiçilər və onların ailə üzvləri olub".