BAKU Azərbaycan
15.03 °C

Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu dövlətin bərpası və Avropaya inteqrasiyası barədə məsələləri müzakirə etmək üçün Kiyevdə səfərdədir.

Gazette.az xəbər verir ki, bu barədə Ursula fon der Lyayen tviterdə məlumat verib.

“Kiyevə qayıtdığım üçün şadam. Prezident Zelenski ilə birlikdə ölkənin bərpası üzrə birgə işin nəticələrini müzakirə edəcəyəm və Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişi qiymətləndirəcəyəm”- o qeyd edib.

Qeyd edək ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına namizəd ölkə statusu verilməsi məsələsini müzakirə edəcək.