Cənubi Koreyada ofis binası yanıb, 7 nəfər ölüb
Dünya
09.06.2022 / 12:33
Cənubi Koreyanın Tequ şəhərində yerləşən yeddimərtəbəli ofis binasında yanğın olub.
Gazette.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, daha 46 nəfər xəsarət alıb.
Alovun söndürülməsinə 50 yanğınsöndürmə maşını və 160 yanğınsöndürən cəlb edilib.
Hadisənin səbəbləri araşdırılır. Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay