BAKU Azərbaycan
17.03 °C

Norveç Ukraynaya yeni silahlar verib

Norveç Ukraynaya M109 özüyeriyən haubitsa sinfinə aid olan 22 artilleriya qurğusu, həmçinin ehtiyat hissələri, döyüş sursatları və digər hərbi avadanlıq tədarük edib.

Gazette.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Ukrayna Rusiyanın hücumlarına qarşı hərbi texnika və silah baxımından Qərbin dəstəyindən asılıdır. Ukrayna bu növ silahlar üçün müraciət edib. Ukraynada müharibənin gedişatı onu göstərir ki, indi həm daha ağır texnikanı, həm də silah sistemlərini “qurban vermək” lazımdır” - Norveçin müdafiə naziri Byörn Arild Qram bildirib.