BAKU Azərbaycan
16.03 °C

Separatçıların eks-müdafiə naziri Xerson istiqamətində durumun pisləşdiyini etiraf edib

“Xerson-Nikolayev cəbhəsində ümumi vəziyyət getdikcə pisləşməkdə davam edir”.

Gazette.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin etiraf edib.

“Son döyüşlər sonucunda qarşı tərəf (Ukrayna qüvvələri – red.) xeyli itki versə də, yenə də bir neçə kilometr irəliləyə bilib. Hazırda Ukrayna Silahlı Qüvvələri Çernobaevka (Xersonun şimal-qərbində yerləşən Çernbaevka kəndi) və Snigirevka (Xersondan şimal-şərqdə) istiqamətlərində zərbə qruplarının genişləndirməyə davam edir”, - İ.Girkin vurğulayıb.

Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. O, hazırda Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.