
Reklam
07 İyun 2022, 12:45
634
Ermənistanda yol-nəqliyyat hadisəsi olub, 11 hərbçi yaralanıb
Ermənistanda İrəvan-Meğri avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 hərbçi yaralanıb.
Gazette.az xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.
Bildirilib ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan “KamAZ” yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





