BAKU Azərbaycan
15.03 °C

ABŞ Ukraynaya Mi-17 helikopterlərini göndərir - FOTO

Amerika Birləşmiş Ştatları Ukraynaya Mi-17 helikopterlərini göndərir.

Gazette.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.

“Ukrayna üçün Mi-17-lər artıq ABŞ Hərbi Hava Qüvvələri bazasında təyyarələrə yüklənir ”, - o bildirib.

Qeyd edək ki, ABŞ Əfqanıstana göndərilməsi nəzərdə tutulan Mi-17 helikopterlərini Ukraynaya təhvil vermək planlarını açıqlamışdı.

İlk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilən Mi-17 helikopteri Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12 000 ədəddən çox istehsal edilib.

 

 

“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.