BAKU Azərbaycan
18.03 °C

SON DƏQİQƏ: Ukrayna Rusiyanın 7 milyon dollarlıq PUA-sını belə məhv etdi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus daha bir “Forspost” pilotsuz uçuş aparatını məhv edib.

Gazette.az “UNIAN-a istinadən xəbər verir ki, PUA Ukraynanın cənubunda mülki və hərbi infrastrukturun yerləşdiyi yerlərin kəşfiyyatını apararkən vurulub.

Bildirilib ki, bu texnikanın qiyməti 7 milyon dollardan çoxdur.

Bundan başqa, Ukrayna ordusu "Bayraktar TB2" PUA-sı vasitəsilə Rusiya ordusunun daha bir tankını sıradan çıxarıb.