Bu ölkədə dünyanın ən böyük binaları tikiləcək

Səudiyyə Ərəbistanı "NEOM" meqapolis layihəsi çərçivəsində dünyanın ən böyük binalarını tikməyi planlaşdırır.

Gazette.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Krallığın hökumətindəki mənbələr "Al Arabia" telekanalına bildiriblər. Hazırda hündürlüyü təxminən 500 metr olan və üfüqi olaraq böyük əraziyə uzanan iki göydələnin layihələri başa çatıb. Göydələnlər Qırmızı dəniz sahilindən səhraya doğru uzanacaq və burada yaşayış, pərakəndə satış və ofis sahələri olacaq. Səudiyyə Ərəbistanı tezliklə hazırda dünyanın ən hündür, Dubaydakı 828 metr hündürlüyündə "Bürc Xəlifə"nin rekordunu təzələyən binaya - tikintisi başa çatmaqda olan Ciddə Qülləsinə malik olacaq.

"NEOM" layihəsi 2017-ci ildə vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən elan edilib və krallığın neftdən asılı iqtisadiyyatını şaxələndirmək planının bir hissəsidir. Bu layihə çərçivəsində salınacaq yeni şəhərdə futuristik, davamlı icma olacaq, həmçinin 170 kilometr uzunluğunda fərdi avtomobilsiz "yaşıl ictimai nəqliyyat" fəaliyyət göstərəcək.

Layihənin icraçı direktoru Nadmi əl-Nasr jurnalistlərə bildirib ki, nəhəng binalar artan sıra ilə fərqli hündürlükdə olacaq, eyni zamanda, landşaftla uyğunlaşacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2013-cü ildə dünyanın indiki ən hündür binası olan Dubaydakı "Bürc Xəlifə"dən daha hündür olacaq Ciddə Qülləsinin tikintisinə başlayıb. Krallıqda hazırda dünyanın dördüncü ən hündür binası -Məkkədəki 601 metr hündürlüyündə olan Abrac əl-Bait saat qülləsi hoteli mövcuddur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR