Təhsil naziri repititorların fəaliyyətinə münasibət bildirib

"Hazırda təhsil sahəsi ciddi şəkildə tənzimlənir. Bunun da özünəməxsus səbəbləri var. Həm infrastruktur, həm məzmunla bağlı tələblər müxtəlif pillələrdə tətbiq edilir".

Gazette.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni orta və ali məktəblərin açılması və biznes layihəsi kimi gəlirlə fəaliyyət göstərməsi kifayət qədər kapital yönlü istiqamətdir: "Yəni bu investisiya tələb edən sahədir. Qısa zamanda təhsil müəssisəsi açıb külli miqdarda gəlir əldə etmək yəqin ki, mümkün deyil. Fikrimcə, Azərbaycanda təhsil biznesinin qısa müddət ərzində mənfəətli olmaması biznes prosesinin təklif tərəfi ilə bağlı ən ciddi problemlərdən biridir".

Nazir qeyd edib ki, valideynlərin gözləntiləri və ödəmə həvəsi də vacib məsələdir: "Tələb tərəfini müəyyənləşdirən də gözləntilərdən asılıdır. Təhsil prosesindən gözlənti ümumtəhsillə bağlı konkret nəticələrə əsaslanır. Misal olaraq, ali məktəbə qəbul olmaq. Özəl repititorların özəl sektorda payı oturuşmuş məktəblərin sayından qat-qat çoxdur. Çünki həmin xidmətlər konkret və müəyyən müddətlikdir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticələrinə baxsaq məlum olar ki, aşağı siniflərdə zəif nəticə göstərən şagirdlər yuxarı siniflərdə nə qədər repititor yanına getsələr də, valideyn çoxlu pul xərcləsə də, yaxşı nəticə əldə etməsi istisna hallarda mümkün olur".

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR