"Turkish Airlines" daxili reyslərdə maska taxmaq tələbini ləğv edib
Dünya
30.05.2022 / 12:06
Bu gün “Turkish Airlines” aviaşirkətinin baş direktoru Bilal Ekşi daxili reyslərdə qoruyucu maskanın taxılmasının məcburi qaydasının ləğv edildiyini açıqlayıb.
Bu barədə o, özünün "Twitter" səhifəsində "Turkish Airlines"ın daxili reyslərində maska taxmaq tələbinin ləğv olunması ilə bağlı suala müsbət cavab verib.
Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.
Qeyd edək ki, dünən Türkiyədə ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi ləğv edilib.
report
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay