Qara gavalının faydaları - Müalicəvi reseptlər

Quru meyvələr orqanizm üçün çox faydalıdır. Onların tərkibində müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr var.

Qara gavalı ən faydalı quru meyvələrdən biridir. Onun tərkibində A, PP, C, B1, B2 vitaminləri, dəmir, kalium, fosfor, maqnezium, pektinlər, orqanik turşular və s. faydalı maddələr var. Qara gavalı və onun dəmləməsi müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

- Qara gavalı virus və bakteriya əleyhinə təsirə malikdir, insanın immun sistemini  möhkəmləndirir, orqanizmin tonusunu yüksəldir. Bu səbəbdən qara gavalı dəmləməsi qripp və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır. 4-5 qara gavalı yaxşı yuyulur, üzərinə 1 stəkan qaynar su əlavə olunur və 1 saat ərzində dəmlənilir. Daha sonra meyvələri sudan çıxarın (onları yemək olar), dəmləməyə 1 çay qaşığı bal əlavə edin və qəbul edin. Bu dəmləmə orqanizmdə xəstəlik nəticəsində əmələ gələn toksinləri xaric etməyə kömək edir, xəstənin vəziyyətini yüngülləşdirir. Dəmləməni termosda hazırlamaq daha yaxşıdır. Axşamdan qara gavalını termosda dəmləyin və səhər qəbul edin.

- Qara gavalı kariyeslə və damaq iltihablarla mübarizə aparır, ağız boşluğuna antiseptik təsir edir. Həkimlər hər gün 2-3 gavalı yemək tövsiyə edirlər.

- Qara gavalı kaliumla zəngindir. Bu mineral ürək əzələsini möhkəmləndirir, orqanizmdən artıq mayeni xaric edir. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar hər gün qara gavalı yeməli və onun dəmləməsini içməlidir.

- Qara gavalı və onun dəmləməsi antiseptik və sidikqovucu təsirə malikdir. Bu səbəbdən qara gavalı dəmləməsi böyrəklər, sidik kisəsi və sidik yolları iltihabları zamanı qəbul etmək yaxşıdır.

- Qara gavalı qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Qara gavalı bağırsaqların fəaliyyətini gücləndirir, bağırsaqlara antiseptik təsir edir (burada yaşayan ziyanlı mikrobları öldürür).

Qəbizlikdən əziyyət çəkən insanlar axşamdan termosda 1 stəkan qaynar suda 4-5 gavalı dəmləməli, səhər acqarına bu dəmləməni ilıq halda içməli və meyvələri yeməlidir. Bunu uzun müddət ərzində etmək lazımdır. Belə təbii dərman həm dadlı, həm təsirli, həm də ziyansızdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR