BAKU Azərbaycan
16.03 °C

Moskvada antikovid amnistiyası elan olunub

Moskva meri Sergey Sobyanin iyunun 1-dən koronavirus pandemiyası zamanı təyin edilmiş cərimələrin ödənişinin ləğv olunacağını elan edib.

Gazette.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər meri bu barədə şəxsi bloqunda açıqlama verib. O bildirib ki, vətəndaşların real gəlirləri azaldığından antikovid amnistiyası elan edilməsi barədə qərar qəbul olunub. İyunun 1-dən Moskva icra orqanları cərimələrin yığılması işini dayandıracaq. Ümumilikdə 13,6 milyondan çox qayda pozuntusuna görə cərimələr ləğv ediləcək.

Amnistiya COVID-19 pandemiyası zamanı özünütəcrid rejiminə riayət edilməməsinə görə təyin edilmiş cərimələrdən başqa bütün cərimələrə şamil olunur.